6 C
Baku
Sunday, December 15, 2024

Sarkozi bir il həbs cəzasına məhkum edildi

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2012-ci il prezidentlik kampaniyasını qanunsuz şəkildə maliyyələşdirməkdə təqsirli bilinib.

Banker.az xəbər verir ki, o, bir il müddətinə azadlıqdan məhrum edilib.

Verilən məlumata görə, cənab Sarkozi digər 13 müttəhimlə birlikdə prezidentlik kampaniyasına ən az 42.8 milyon avro xərcləyib ki, bu da qanunla təsdiq edilmiş normalardan iki dəfə çoxdur.

Xatırladaq ki, yaz aylarında prokuror baş müttəhimin 6 il sınaq müddəti daxil olmaqla onun bir il azadlıqdan məhrum edilməsi tələbini irəli sürüb.

Hökm keçmiş prezident Sarkoziyə son bir ildə verilən ikinci cəzadır. Nikolya Sarkozinin müdafiə tərəfinin apelyasiya şikayəti verəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər