İngiltərə Bankı kriptovalyuta bazarının çökdüyü təqdirdə dünyanın genişmiqyaslı maliyyə böhranı ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Banker.az xəbər verir ki, bu haqda çərşənbə günü İngiltərə Mərkəzi Bankı rəhbərinin müavini Con Kanliff məlumat verib.
“Kriptovalyutaların həqiqi dəyərinin olmaması və bununla əlaqədar yaranan qiymət dəyişkənliyi, böhranın əməliyyat rəqəmsal valyutalara, o cümlədən kiberzəifliklərə güclü təsir göstərir”, – deyə Kanliff söyləyib.
O, 2007-2008-ci illərdə qlobal maliyyə böhranının səbəb olan ABŞ-ın ipoteka bazarının həcminin 1.2 trilyon dollar olduğu, kriptoaktivlərin bazar kapitallaşmasının isə üç dəfə artaraq 2.3 trilyon dollara çatdığını xatırladıb. Kanliffin sözlərinə görə, “maliyyə qeyri-sabitliyinə səbəb olmaq üçün” bu kifayət edir.
“Maliyyə sistemində bir şey çox sürətlə böyüdükdə və bu artım əsasən tənzimlənməmiş məkanda baş verdikdə, maliyyə sabitliyinin təmin edilməsindən məsul olan orqanlar baş verənlərə diqqətlə yanaşmalıdır”, – rəhbər əlavə edib.
İngiltərə Bankının rəhbər müavinin sözlərinə görə, kriptovalyuta bazarının tənzimlənməsi “bu texnologiyanın potensial olaraq maliyyə sahəsinə gətirə biləcəyi böyük faydaların uzunmüddətli olmasını” təmin edəcək.