13 C
Baku
Saturday, November 23, 2024

“Tesla” bitkoindən $1 mlrd. qazanıb

Milyarder İlon Maska məxsus olan “Tesla” avtomobil şirkəti bitkoinə sərmayəsi sayəsində 2021-ci ilin ilk doqquz ayında 1 milyard dollar qazanıb. Xatırladaq ki, fevralda şirkət kriptovalyutanın məzənnəsi 38 min dollar olanda 1.5 milyard dollar dəyərində rəqəmsal sikkələr alıb. Oktyabr ayında bitkoin sürətlə artıb və hazırda 58 min dollar qiymətinə satılır. Beləliklə, “Tesla” təxminən 2.5 milyard dollarlıq rəqəmsal aktivlərin sahibi olub.

Hal-hazırda “Tesla” təxminən 2.5 milyard dollarlıq 43 200 bitkoinə sahibdir ki, bu da avtomobil istehsalçısının 2021-ci ilin əvvəlində sərmayə qoyduğu məbləğdən 65% və ya 1 milyard dollar çoxdur.

Fevral ayında İlon Mask “Tesla”nın ümumilikdə 1.5 milyard dollara 48 000 bitkoin aldığını açıqlayıb. Mart ayında şirkət sikkələrin 10 faizini sataraq 101 milyon dollar qazanıb. Bu, istehsalçının yanvar-mart ayları üçün ümumi qazancını 27 dəfə üstələyir.

Maskın özü “Tesla”nın bitkoinə sərmayəsini riskli adlandırır. Sahibkar bu qərarı vermədiyinə işarə edir. Təxminən eyni vaxtda milyarder bitkoin və digər məşhur kriptovalyuta Ethereum qiymətinin olduğundan baha göründüyünü söyləyib.

2021-ci ildə bitkoin

May ayında bitkoin 37 min dollara düşüb, oktyabr ayında isə 55 min dollar səviyyəsindən yuxarı qalxıb. Üstəlik, Çində kriptovalyutaların qadağan edilməsindən sonra analitiklər bitkoinin qiymətinin 40 min dollar cuvarında möhkəmlənəcəyini proqnozlaşdırıb.

14 oktyabrda “Binance” kriptobirjasına əsasən, bitkoinin dəyəri 58 535 dollar təşkil edib.

Daha əvvəl Kembric Universitetinin biznes-məktəblərinin mütəxəssisləri Rusiyanın 2021-ci ilin iyununda mayninqdəki payının 6.8%-dən 11%-ə artdığını hesablayıblar. Bununla da ölkə mayninq üzrə dünyada üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər