14 C
Baku
Sunday, November 24, 2024

“Tesla”nın bazar dəyəri 1 trilyon dolları keçib

İlon Maskın yaratdığı ABŞ-ın elektrikli avtomobil istehsalçısı olan “Tesla” şirkətinin bazar dəyəri Nyu-York birjasında 1 trilyon ABŞ dolları həddini keçib.

“Tesla” şirkətinin səhmləri “Hertz Global Holdings Inc” ilə imzalanan müqavilədən sonra yüksəlməyə başlayıb. Belə ki, “Hertz Global Holdings Inc” “Tesla”dan 100 min elektrikli avtomobil sifariş edib.

Səhmlərin dəyərindəki artım 9%-i ötdüyü üçün şirkətin bazar dəyəri 1 trilyon dollarlıq həddi keçib.

Qeyd edək ki, şirkətin səhmlərinin bu həddə bahalaşması üçün 18 il lazım olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər