15 C
Baku
Tuesday, April 30, 2024

Hakerlər III rübdə 1 milyard dollarlıq kriptovalyuta oğurlayıb

Bu ilin III rübündə dünyadakı kibercinayətkarlar 1,1 milyard ABŞ dolları dəyərində kriptovalyuta oğurlayıb.

Bu barədə “Atlas VPN” – informasiya texnologiyaları təhlükəsizliyi şirkətinin hesabatında bildirilir.

Məlumata görə, ən çox ziyan “Ethereum” ekosisteminə dəyib. Təhlil edilən dövr ərzində 20 hücum nəticəsində 800 milyon dollardan çox itki olub. Hakerlər həmçinin kriptovalyuta birjalarına 5 iri miqyaslı hücum təşkil edib. Nəticədə sonuncular 114 milyon dollar itiriblər. Kiçik ekosistemlərə hücüm və müxtəlif dələduzluq sxemləri nəticəsində 193 milyon dollar oğurlanıb.

“Atlas VPN”nin hesablamalarına görə, ötən il isə 122 hücüm nəticəsində 3,8 milyard dollarlıq kriptovalyuta oğurlanıb.

 

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər