Azərbaycanda 2022-ci il üçün Vergi Məcəlləsində bir neçə dəyişikliklər təklif edilir.
Banker.az xəbər verir ki, qanunverici hökumətin təsdiqlədiyi və təklif etdiyi layihələrdə hazırda bu dəyişikliklər var:
- Azərbaycana gətirilən istehsal tarixi 3 ildən və mühərrikinin 2500 kub-sm həcmindən çox olmayan hibrid mühərrikli avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək. Ətraflı.
- Tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkün olacaq. Ətraflı.
- Mühərrikinin həcmi 3000 kub-sm-dən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Ətraflı.
- Avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışında “ƏDV Geri al” mümkün olmayacaq. Ətraflı.
- Əmlak vergisi üzrə iki güzəşt ləğv edilir. Ətraflı.
- Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur. Digəri isə kredit borcları ilə bağlıdır. Ətraflı.
- Elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir. Ətraflı.
- Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyalarının əhatə dairəsi genişləndirilir. Ətraflı.
- Vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələr BOKT-lara və “Azərpoçt”a da aid ediləcək. Ətraflı.
- Ölkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq. Ətraflı.
- Ticarət festivalları dövründə alış-verişdə də “ƏDV Geri Al” mümkün olmayacaq. Çünki ləğv edilir. Ətraflı.
- Kənd təsərrüfatı sahəsində yeni vergi güzəştləri təklif olunur. Amma bu yenə də qeyd edirik təklifdir. Ətraflı.
- Vergi ödəyicilərinin pərakəndə ticarət və (və yaxud) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə-faktura təqdim etmək vəzifəsi ləğv edilir. Ətraflı.
- Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir. Ətraflı.
- Vergi Məcəlləsinə vergi borcunun ödənilməsinə möhlətin 6 aydan çox olmayan müddətə (o cümlədən cari vergilər üzrə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə) verilməsi və ya vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşdırılmış qaydada mərhələli şəkildə aylıq ödənişlər formasında yerinə yetirilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi təklif olunur. Ətraflı.
- Ölmüş hesab edilən şəxsin vergi borcunu onun varisi ödəyəcək. Hazırda qüvvədə olan məcəlləyə görə bir qədər fərqli idi. Ətraflı.
- Kitabların və bütün dərsliklərin istehsalı ƏDV-dən azad edilir. Ətraflı.
- Hədiyyələrin və təhsil haqlarını ödəmək üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir. Ətraflı.
- Azərbaycanda vergi ödəyicisi olmayan şəxslər üçün gəlir vergisi dərəcəsi artırılır. Ətraflı.
XƏBƏR YENİLƏNİR…