20 C
Baku
Friday, May 3, 2024

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib

Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib.

Bu barədə Fransa hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.

Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.

Xatırladaq ki, yeni təyinata qədər B. Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu, 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər