“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ildə xarici valyuta ilə əməliyyatlar üzrə zərər edib.
Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.
Şirkətin hesabatında qeyd edilir ki, xarici valyuta ilə əməliyyatlardan 146.84 mln. manatlıq zərər edib.
ADY son iki ildə bu əməliyyatlardan mənfəət edib. 2018-ci ildə bu xarici valyuta ilə əməliyyatlar üzrə 28.80 mln. manat, 2019-cu il üzrə isə 53.93 mln. manat mənfəət əldə edib.
2020-ci il üzrə ADY-nin maliyyə xərcləri isə 43.96 mln. manat təşkil edib.