Xorvatiyanın ən böyük qida məhsullarının istehsalçısı və satıcısı “Konzum” ölkədə ilk olaraq kriptovalyuta ilə ödəniş xidmətini işə salıb.
Banker.az xəbər verir ki, hazırda bu seçim yalnız onlayn mağazada mövcud olsa da, gələcəkdə supermarketlərdə də tətbiq ediləcək.
Müştərilər “Bitcoin”, “Ethereum”, “USDT”, “Bitcoin Cash”, “Ripple”, “Stellar”, “Dai”, “EOS”, “USD Coin” ilə ödəniş edə bilərlər. Qeyd edək ki, “Konzum” Xorvatiyada kriptoödənişləri emal etməyə başlayan “PayCek” şirkəti ilə əməkdaşlıq edir.
“Konzum” – təkcə Xorvatiyada deyil, həm də Qərbi Balkanlar regionunda ən böyük supermarketlər şəbəkəsidir. Şəbəkənin satış nöqtələri Bosniya və Herseqovina və Serbiyada da təmsil olunur. “Konzum” 700-dən çox mağazada 650 mindən çox müştəriyə xidmət göstərir.