Bu ilin əvvəlindən Rusiyanın Krasnoyarsk vilayətindən Azərbaycana 1,2 min ton taxıl ixrac edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.
Məlumata görə, “Rosselxoznadzor” Krasnoyarsk ərazisi üzrə idarəsi, bu ilin əvvəlindən 191 min tondan çox taxıl, onun emal olunmuş məhsulları və kolza toxumun ixracına nəzarət edib. Əsas ixrac məhsulları 119 min tonla buğda, 54,1 min tonla kolza və 12,2 min ton yulaf təşkil edib.
Krasnoyarsk taxılının və kolzasının əhəmiyyətli hissəsi Monqolustana (98,8 min ton taxıl və 0,5 min ton kolza), Çinə (15,1 min ton taxıl və 25,8 min ton kolza) ixrac edilib.
Hesabat dövründə Belarusa 27,5 min ton kolza, Qırğızıstana 10,2 min ton taxıl, Qazaxıstana 7,9 min ton taxıl və 0,3 min ton kolza göndərilib.
Bu ilin əvvəlindən ölkədaxili daşınmalar zamanı 1 milyon ton taxıl, onun emal məhsulları, kolza, soya və noxudun monitorinqi aparılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26 % çoxdur.