Dekabrın 20-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 6.5% azalaraq 0.1014 manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
Ötən ayın eyni dövrü ilə müqayisədə isə lirənin manata qarşı məzənnəsi 34% dəyər itirib. 2021-ci ilin noyabrın 19-da lirənin məzənnəsi 0.1528 manat olub.