Azərbaycanda bank müştərisi olan fərdi sahibkarların sayı artmış, onlara verilən kreditlərin həcmi tarixi maksimuma yüksəlib.
Banker.az xəbər verir ki, 2021-ci ilin 1 dekabr tarixinən Azərbaycanda 487 893 bank müştərisi var. Bu da son bir ildə 28% artım deməkdir. Azərbaycan Mərkəzi Bankından bildirilir ki, fərdi sahibkarların banklarda 609 754 ədəd cari hesabı mövcuddur.
KREDİT REKORD YENİLƏYİR
Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan bu şəxslər 2021-ci ilin 1 dekabrına banklardan aldıqları kredit portfelinin həcmi 1 382.1 milyon manat olub. Bu son bir ayda 4.4%, son bir ildə isə 68% artım dinamikasıdır.
Bu hesabatda bank olmayan kredit təşkilatları istisna olmaqla və vaxtı keçmiş kreditlər daxil olmadan qeydə alınır.
Fərdi sahibkarların kreditlərinin 1 310.2 milyon manatı milli, 71.8 milyon manat ekvivalentində xarici valyutadadır. Milli valyutada olan kreditlər son ayda 5.2% artdığı halda, xarici valyutada 7.6% azalıb.