Sosial məsuliyyət təkcə insanlara deyil, həm də heyvanlara da qayğını əhatələyir. Sahibsiz heyvanlara sahib çıxmaq üçün Yelo Bank nümunəvi addım atıb.
Bankın Baş ofisində əməkdaşların övladlarının iştirakı ilə tədbir həyata keçirilib. Tədbir bioloq təlimçi və mentor tərəfindən uşaqlara küçə heyvanları haqda ümumi məlumatlandırma, onlarla rəftar, onların xüsusiyyətləri kimi ilkin biliklərin müzakirə edildiyi interaktiv təlimlə başladı. Təlim zamanı uşaqlar həm də heyvanları şəhər həyatında üzləşdikləri çətinliklərdən qorumaq yollarını kəşf etdilər. Təlimin “workshop” hissəsində isə uşaqlar komandalara bölünərək pişik evlərini rəngləməyə başladılar. Tədbirin yekununda isə uşaqlar sertifikat və hədiyyə ilə mükafatlandırıldılar.
Tədbirin əsas məqsədi soyuq havalarda insanların qayğısına ehtiyacı daha da çoxalan sahibsiz heyvanlara qarşı uşaqların qəlbində sevgi duyğusu yaratmaq, onlarla heyvanlar arasında dostluq və qayğıya yönəlmiş münasibət formalaşdırmaqdır.
Uşaqların imzası ilə tamamlanmış pişik evləri Bakı şəhərindəki park ərazilərində yerləşdiriləcək.
Qeyd edək ki, tədbir GİD CSR Consulting-in birgə təşkilatçılığı ilə həyata keçirilib.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin kredit kalkulyatoru ilə istədiyiniz məbləği hesablayıb sifariş edə bilərsiniz.