1 C
Baku
Saturday, December 14, 2024

Puerto-Riko kriptomilyonçular üçün Məkkəyə çevrilir

Kriptomilyonçular mövcud vergi güzəştləri və ada həyat tərzi fonunda kütləvi şəkildə Puerto-Rikoya köçürlər. Qeyd edək ki, bu dövlət iş adamlarına dostcasına yanaşır və ildə ən azı 183 gün böyük güzəştlər təklif edir.

Banker.az xəbər verir ki, sahibkar və kriptomilyonçu Devid Consonun sözlərinə görə, Puerto-Riko ona Texas ştatının paytaxtı Ostin şəhərini xatırladır. 2012-ci ildə “Tesla”, “Samsung” və “Apple” onu ABŞ-ın texnologiya mərkəzinə çevirməmişdən əvvəl bütün kripto-cəmiyyət orada olub.

Puerto-Riko – ABŞ-ın yurisdiksiyasının bir hissəsidir. Adada ABŞ konstitusiyası fəaliyyəti məhduddur və ərazinin özünüidarəetmə sistemi mövcuddur. Məsələn, ABŞ-da investorlar qısamüddətli kapital artımından 37%-ə, uzunmüddətli mənfəətdən isə 20%-ə qədər vergi ödəyirlər. Adaya köçən iş adamları isə müəyyən tələbələrə əməl etdikdə bu vergi öhdəliklərini sıfıra endirə bilirlər.

Devid Conson hesab edir ki, Puerto-Rikonun populyarlığı həm də adanın Amerika yurisdiksiyasına daxil olması ilə bağlıdır – amerikalıların adaya səfər etmək üçün viza və ya xarici pasporta ehtiyacı yoxdur: “Bura Amerikadır. Sadəcə olaraq ölkədaxili aviabiletinizi və sürücülük vəsiqənizi götürüb burada ofis aça bilərsiniz”.

Bununla belə, üç milyona yaxın əhalisi olan adaya yeni insanların axını yerli sakinləri qane etməyib. İqtisadçı və Nobel mükafatı laureatı Cozef Stiqliçin sözlərinə görə, ada kriptomilyonçularla qonşuluqdan heç bir fayda görməyəcək.

Son xəbərlər
Digər xəbərlər