6 C
Baku
Sunday, December 15, 2024

Belçika hökuməti işçilərin 5 yox, 4 gün işləməsinə icazə verdi

Belçika hökuməti işçilərə işəgötürənlərdən onları dördgünlük iş həftəsinə keçirməyi tələb etməyə icazə verib.

Banker.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Pyer-İva Dermaneyə istinadən “Bloomberg” yazıb. Vurğulanır ki, şirkətlərə tələbə “yox” cavab verməyə icazə verilir, lakin bunun səbəbini yazılı şəkildə izah etmək şərti ilə.

“Məqsəd işçilərə və şirkətlərə iş vaxtının təşkilində daha çox sərbəstlik verməkdir. Ölkəmizi digərləri ilə müqayisə etsəniz görərsiniz ki, biz daha az dinamikik”, – deyə Belçikanın baş naziri Aleksandr de Kro söyləyib.

Dördgünlük iş həftəsi ilə bağlı müddəa – ölkədə əmək sahəsində aparılan islahatların tərkib hissəsidir. Hökumət əmək bazarındakı vəziyyəti dəyişdirməyə ümid edir, çünki 20-64 yaş arasında olan 100 belçikalıdan 71-i işlə təmin olunub. Müqayisə üçün, 2021-ci ilin üçüncü rübünə dair məlumata görə, Avrozonada 100 nəfərdən 73-ü işləyir.

Rusiya kimi ölkələrdə dördgünlük iş həftəsinə münasibət olduqca mənfidir. 2019-cu ildə respondentlərin təxminən 76%-i bu təşəbbüsə qarşı çıxıb, baxmayaraq ki, bir çox ölkələr və ayrı-ayrı şirkətlər bu formatı sınaqdan keçirməyə davam edir. Məsələn, 2022-ci ilin iyununda Böyük Britaniyanın 30-a yaxın şirkəti dördgünlük iş həftəsinə keçməyi planlaşdırır. İşəgötürənlər maaş və imtiyazları saxlamaq şərti ilə işçilərə həftədə 32 saat işləməyə icazə verəcək.

https://incrussia.ru/news/belgiya-chetyrehdnevka/

Son xəbərlər
Digər xəbərlər