10 C
Baku
Saturday, November 23, 2024

Sahibi iri süd məhsulları zavoduna yenidən kapital yatırır

Azərbaycanda “Milla” süd məhsulları brendi istehsal edən “AZ FP CO LTD” MMC-nin (Azerbaijan Food&Packaging Company)  nizamnamə kapitalı yenidən artırılmaqla 33 milyon manatı ötüb.

Banker.az xəbər verir ki, “AZ FP CO LTD”nin nizamnamə kapitalı 2021-ci ilin dekabrda 3 320 000 manat (17%) artırıldıqdan sonra, 2022-ci ilin fevralında daha 10 320 000 manat (45%) artırılmaqla 33 121 038 manata çatdırılıb.

“AZ FP CO LTD” MMC-nin nizamnamə kapitalı 2021-ci ilin avqustunda  7 000 000 manat, yaxud 64% artırılmaqla 17 978 038 manata çatdırılmışdır.

Beləliklə, son bir ildə şirkətin kapitalı 84% böyüdülüb.

Xatırladaq ki, “Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər