Rusiya Federasiya Şurası Donbassdakı vəziyyətlə əlaqədar silahlı qüvvələrin ölkə hüdudlarından kənarda istifadəsinə dair razılıq verib.
Müvafiq qərar axşamı parlamentin yuxarı palatasının növbədənkənar iclasında yekdilliklə qəbul edilib. Bu qərarın lehinə 153 deputat səs verib.
Sənəd qəbul edildiyi andan qüvvəyə minir.
Federasiya Şurasının sədri Valentina Matvienko palatanın iclasında bildirib ki, Rusiya silahlı qüvvələrinin xaricdə istifadəsi, xüsusən də Donbassda sülhün bərqərar olması və mülki şəxslərin atəşə tutulmasının qarşısını almaq məqsədi daşıyacaq.