Azərbaycanda fəaliyyətdə olan PKF Audit Azerbaijan dövlətin iri şirkəti “AzerGold” QSC-ni məhkəməyə verir.
Banker.az-ın bu barədə əldə etdiyi məlumata görə, audit şirkəti “AzerGold” barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmədə olan işin mahiyyəti, iki şirkət arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.
Məhkəmə işinin detalları tam açıqlanmır.
Xatırladaq ki, “AzerGold” QSC 2020-ci ilin yayında “PKF Audit Azerbaijan” MMC ilə “Filizçay” polimetal yatağının işlənməsi layihəsi və digər layihələr çərçivəsində texniki məsləhət və tədqiqat xidmətlərinin göstərilməsinə cəlb edilməsi ilə bağlı müqavilə imzalamışdır.
Müqavilə www.tender.gov.az saytında dərc olunmuşdur. Həmin məlumata görə, “AzerGold” “PKF Audit Azərbaycan” MMC ilə 2 milyon 483 min 619.05 manat (təxminən $1.5 milyon) məbləğində müqavilə bağlamışdır.