Kiyev: Rusiya ilə görüş Belarus-Ukrayna sərhədində olacaq

Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü Belarus-Ukrayna sərhədində olacaq.

Bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Rusiya və Ukrayna nümayəndələrinin heç bir ön şərt olmadan Ukrayna-Belarus sərhədində, Pripyat çayının ərazisində görüşməsinə razılaşıbılar: “Aleksander Lukaşenko Ukrayna nümayəndə heyətinin yola düşmə, müzakirələr və geri qayıtması zamanı Belarus ərazisindəki bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair öhdəlik götürüb”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər