17 C
Baku
Saturday, October 25, 2025

Filial Müdirləri (Kredaqro)

 “KREDAQRO” Bank Olmayan Kredit Təşkilatı Azərbaycan üzrə öz filiallar şəbəkəsini artırılması məqsədilə regionlarda təcrübəli FİLİAL MÜDİRLƏRİ axtarır. “KredAqro” hazırda 20 000-ə yaxın müştərisinə malik olan Azərbaycanda inkişaf edən mikromaliyyə qurumudur.

TƏLƏBLƏR:

– Ali təhsil olması;
– Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 3-5 il iş stajı və idarəetmə tərcübəsi;
– İdarəetmə və təşkilatçılıq tərcübəsi;
– Filialın əməkdaşlarının vahid komanda şəkilində fəaliyyətini təşkil etmək və kollektivdə işləmək qabiliyyəti;
– Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;
– MS Office proqramında işləmək bacarığı.

İŞÇININ VƏZIFƏSI:

–   Filialın kredit satışını təmin etmək və kredit portfelinin keyfiyyətini idarə etmək;
–   Filialın personalını seçmək və idarə etmək;
–   Borcalanların ödənişlərinin vaxtlı vaxtında aparılmasına nəzarət etmək;
–   Problemli kreditlərlə işləmək;
–   Filialın maliyyə analizlərini aparmaq;
–   Yerli Kredit Komitəsində iştirak etmək;
–   İşçi heyətinin təlimatlandırılmasında iştirak etmək;
–   Borcalanların əmlakının qiymətləndirilməsini aparmaq;
–   Filialın işçi heyəti və Baş Ofis arasında keyfiyyətli əməkdaşlıq qurulmasını təmin etmək və məlumat axımını düzgün əlaqələndirmək;
–   Ərizəçiləri qəbul edib onlarla danışıqlar aparmaq, bizneslərini təhlil edərək potensial müştəriləri seçmək.

KredAqro” öz işçilərinə maliyyə sektoruna uyğun gələn əmək haqqı+aylıq bonus və digər təminat paketi təklif edir.

CV-ləri mütləq şəkildə mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks halda ərizələr nəzərdən qaça bilər.

“KredAqro” haqqında ətraflı məlumat www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər