“Yelo Bank” ASC, əməkdaşların əmək fəaliyyəti səmərəliliyin ölçülməsi sisteminin yaradılması məqsədilə açıq tender elan edir.
Texniki şərtlər tenderdə iştirakını təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.
- Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
- İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
- Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər (Tender qalibi elan olunduqdan sonra)
- Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
- İştirakçı şirkətin bu sahədə təcrübəsi
- Təklif edilən Sistemin funksionallığı
- Təklif ediləcək məhsulun qiyməti
- Müqavilənin icra müddəti
- Tender təklifinin təqdim edilməsi üçün son tarix:
- Tender təklifləri 8 aprel 2022-ci il, Bakı vaxtı ilə saat 18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim edilməlidir;
- Zərflər bağlı və hər küncü möhürlənməlidir;
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul olunmayacaq.
- Ödəniş və digər şərtlər
- Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
- Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
- Satınalan təşkilatın ünvanı
Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Həcər Kamalova
Təchizat və satınalma şöbəsinin mütəxəssisi
+99412 981 daxili 2057
+99450 710 73 43
- Tenderin nəticəsi haqqında məlumat
Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.