17:40 —NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, “biz uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq”.
16:48 — Kremlə təzyiqlər artırılacaq, bunu Almaniya kansleri Olaf Şolts deyib.
16:37 — Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti ukraynalı teleaparıcı Dmitro Qordonu ekstremist fəaliyyətdə və ya terrorizmdə iştirakı barədə məlumat olan şəxslər və təşkilatlar siyahısına daxil edib.
16:36 — Rusiya Maliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb ki, Rusiya mayın 4-dək borclarını dollarla ödəməzsə, onu texniki defolt gözləyir
16:33 — Macarıstanın Baş naziri: “Rusiya rublla ödəniş tələb etsə, rublla ödəyəcəyik”
16:00 — Bu ilin fevral ayında avro zonasında istehsalçı qiymətləri (PPI indeksi) əvvəlki ayla müqayisədə 1,1% artıb. Yanvarda artım 5,1% səviyyəsində olub.
15:33 — Norveç Rusiyanın üç diplomatını ölkədən çıxarır, bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat verib.
15:07 — İtaliyada naməlum şəxslər rusiyalı teleaparıcı Vladimir Solovyova məxsus olduğu iddia edilən villanı yandırıblar.
14:11 — Rusiya Maliyyə Nazirliyi ilk dəfə olaraq xarici sahiblər qarşısında suveren avrobondlar üzrə öhdəliklərini rublla yerinə yetirib (649.2 milyon dollar məbləğində).
14:10 — Vladimir Jirinovski vəfat edib.
14:01 —Macarıstan XIN deyib ki, ölkəsi Rusiya qazının tədarükünün rublla ödənilməsi məsələsini nəzərdən keçirir.
14:00 —İrlandiyanın baş naziri Ukraynanın Aİ-yə üzvlük müraciətini dəstəklədiyini bildirib.
13:53 — “Rusiya Ukraynaya jest edib”.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov El-se-i telekanalına müsahibəsində deyib.
“Biz danışıqlar zamanı əlverişli şərait yaratmaq üçün xoşməramlı addım atdıq. Müzakirələr zamanı ciddi qərarlar qəbul edilə bilər. Buna görə Prezident Vladimir Putin qoşunların Ukraynanın şimalından çıxarılması barədə əmr verdi”, – o bildirib.
12:56 —ABŞ sanksiyaların köməyi ilə Rusiyanı seçim qarşısında qoyur: defolt elan etmək və ya valyuta daxilolmalarını xərcləmək. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki məlumat verib. Onun sözlərinə görə, “qeyri-məhdud resurs yoxdur”
12:43 —Yunanıstan Rusiyanın 12 diplomatını ölkədən çıxarır, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat verib.
12:00 — Avropa İttifaqı Rusiyanın neft və qaz sahəsinə sanksiya tətbiq edəcək. “Kremlə maksimum təzyiq göstərmək üçün sanksiyalarımızı sərtləşdiririk”- bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
11:23 — Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat: Mühasirəyə alınmış Mariupol şəhərində şiddətli döyüşlər və Rusiya aviasiyasının zərbələri davam edir”.
11:09 — Ukraynanın Macarıstandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
11:00 —Ukrayna XİN deyir ki, indiyədək 10 milyon vətəndaş ölkəni tərk edib.
10:57 —Azərbaycanın Ukraynadakı səfirliyi Lvovda fəaliyyətini davam etdirir. – Azərbaycan XİN
10:40 —Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 167 uşaq ölüb, 279 uşaq isə yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğu deyir.
10:02 —Rusiya Aviasiya şirkəti məlumat yayır ki, Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən hava limanlarına uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyət rejimi aprelin 13-dək uzadılıb.
09:40 — Kiyev yaxınlığındakı Buça və İrpin daxil olmaqla müxtəlif bölgələrdən mediaya yansıyan qətliam görüntüləri dəhşətli və insanlıq adına məyusedicidir. Ukrayna xalqının ağrısını paylaşırıq.
Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynadakı qətliamla bağlı bəyanat
09:15 — Bayden administrasiyası Ukraynaya daha 100 milyon dollarlıq hərbi texnika göndərir. Bura tank əleyhinə “Javelin” raketləri də daxildir (Bloomberg).
09:12 — Mikroprosessorların aparıcı təchizatçılarından biri olan Amerikanın “Intel” şirkəti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır. Bu barədə çərşənbə axşamı şirkətin mətbuat xidməti məlumat yayıb.
09:10 — Hindistanın “Air India” aviaşirkəti Dehlidən Moskvaya və geriyə bilet satışını dayandırıb, bu barədə Rusiyanın Hindistandakı səfirliyi bildirib.
09:03 — Yeni Zelandiya hökuməti Rusiyadan idxal edilən bütün mallara 35% rüsum tətbiq etmək niyyətindədir. Müvafiq bəyanat çərşənbə günü hökumətin saytında dərc olunub.
08:57 — Estoniyanın Ukraynadakı səfirliyi deyib ki, ölkəsi Ukraynaya tank əleyhinə raketlər, haubitsalar, tank əleyhinə minalar, avtomat silahları, sursat, qumbaraatanlar və əl qumbaraları göndərib.
08:00 — ABŞ Dövlət Departamenti Tayvanla “Patriot” zenit-raket komplekslərinin (SAM) saxlanmasına dair sazişin bağlanmasını təsdiqləyib.
06:12 — Ağ Evin mətbuat katibi Cen Psaki: ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının məqsədi bu ölkənin Ukraynadakı müharibə üçün resurslarını bitirməkdir.
05:20 — Çexiya rəsmiləri ölkənin Ukraynaya T-72 tankları göndərdiyini təsdiqləyib
04:55 — ABŞ Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edir, bunu ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının rəhbəri general Pol Nakasone deyib.
04:23 — Kanada Ukraynadakı hadisələrə görə Rusiyanın doqquz vətəndaşına qarşı sanksiya tətbiq edib.
Siyahıda ümumi sərvəti 26,3 milyard ABŞ dolları olan “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin, “Renova”nın sahibi Viktor Vekselberq, “Sibur”un səhmdarı Kirill Şamalov və “Novatek”in rəhbəri Leonid Mixelsonun da adı var .
Kanada hökumətinin saytında dərc olunan siyahıya həmçinin biznesmen Dmitri Pumpyanski, Qalina Pumpyanskaya, biznesmen Aleksandr Vinokurov, “Rusaqro” şirkətinin direktorlar şurasının sədri Vadim Moşkoviç, Rusiya Baş Qərargahının (QRU) Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da daxil edilib.
03:56 — Latviyanın iqtisadiyyat naziri Yanis Vitenberqs transatlantik enerji təhlükəsizliyi forumunda respublikanın Rusiya qazının idxalını mümkün qədər tez dayandırmaq istəyini təsdiqləyib.
03:02 — ABŞ rus bankı “Sberbank”a qarşı məhdudiyyətləri sərtləşdirməklə sanksiyalar siyahısını genişləndirməyi planlaşdırır.
02:28 — “Twitter“ aralarında Rusiay Prezidenti Vladimir Putin olmaqla bu ölkənin 300-dən çox hökumət rəsmilərinin hesabına məhdudiyyyət qoymaq istəyir.
02:14 — Çin ABŞ, NATO və Avropa İttifaqına Rusiya ilə bağlı çağırış edib. Onlara balanslaşdırılmış regional təhlükəsizlik mexanizmini inkişaf etdirmək üçün Rusiya ilə hərtərəfli təhlükəsizlik dialoquna başlamalıdır.
01:51 — Stoltenberq: “NATO müttəfiqləri Ukraynanı silahla təmin etməyə sadiqdirlər”.
01:35 — Ukraynadakı münaqişə uzunmüddətli olacaq. Bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.
00:42 — ABŞ administrasiyası Rusiyanın BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılmasının mümkünlüyünü görmür. Bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Müharibənin 41-ci günü
Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.