Dünyanın ən böyük polad boru istehsalçısı “Tenaris” Rusiyada satış və alışı dayandırdığını açıqlayıb.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, şirkət həmçinin “Severstal” ilə birgə müəssisəyə investisiyaları dayandırıb.
“Tenaris”in mətbuat xidmətinin məlumatına görə, bu qərar Rusiyanın Ukraynada müharibəyə başlaması ilə əlaqədar qəbul edilib.
Borulara əlavə olaraq “Tenaris” texniki xidmət də göstərir. “Severstal” ilə birlikdə şirkət Rusiyada zavod tikməyi planlaşdırıb. Buna baxmayaraq, layihə gəlirlilik gözləntilərinə cavab vermədiyi üçün 2021-ci ildə dondurulub.