“İşsizliklə bağlı problem mövcuddur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
T. Kərimli bildirib ki, bunun bir səbəbi də statistikanın düzgün olmamasıdır: “Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır. Hesablama Palatasına bu məsələlərə də nəzarət etmək səlahiyyəti verilməlidir”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, işsizliklə bağlı müəyyən problemlərin olması, məşğulluqla bağlı qarşımızda yeni çağırışların dayanması fikri ilə razıdır: “Amma mən bu sahədə Azərbaycanın geri getdiyi fikri ilə razı deyiləm. Bu sahədə çox iş görülür”.