Qazaxıstanın asfalt-beton istehsalı ilə məşğul olan şirkəti Azərbaycanda filial açıb

Qazaxıstanın asfalt-beton istehsalı ilə məşğul olan şirkəti ölkəmizdə filial açıb.

Banker.az xəbər verir ki, şirkət “K-Dostroy” Səhmdar Cəmiyyətidir.

Şirkətin qanuni təmsilçisi Qazaxıstan vətəndaşı olan Shaktarov Naildir. “K-Dostroy” şirkəti Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani ev.17, m.193-də yerləşir.

Qeyd edək ki, “K-Dostroy” Səhmdar Cəmiyyəti 1997-ci ilə qədər müəssisə Rusiyanın bir sıra bölgələrində, xüsusən də Moskva, Orenburq, Çelyabinsk, Perm, Sverdlovsk vilayətlərində, habelə Başqırdıstan Respublikasında fəaliyyət göstərmiş və bölmələri olmuşdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər