11 C
Baku
Monday, November 25, 2024

Ceyhun Bayramov İspaniyanın xarici işlər naziri ilə görüşüb

Mayın 20-də İtaliya Respublikasının Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclasın çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşüb.

Banker.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə nazirlər İspaniya və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

Tərəflər, iki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasına dair razılıq ifadə ediblər.

Nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, enerji, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib.

Son xəbərlər
Digər xəbərlər