10 C
Baku
Tuesday, November 26, 2024

“Expressbank” şəhid ailəsinə dəstək oldu!

®“Expressbank” Özünüməşğulluq Proqramı çərçivəsində  vətəndaşların özünüməşğulluqlarının təşviqi üçün onların adiyyəti üzrə avadanlıqlarla təmin edilməsi prosesini davam etdirir. Layihə ərzində əhalinin həssas qrupundan olan bir çox vətəndaşın özünüməşğulluğunun təşkili üçün onlara avadanlıqları təqdim edən bank, bu dəfə isə şəhid valideyninə dəstək olmuşdur.

press 1

“Expressbank” Özünüməşğulluq Proqramını çərçivəsində Mingəçevir şəhər sakini, şəhid valideyni olan vətəndaş Ağakişiyev Elxan Vəkil oğlunun müraciətinə əsasən musiqi dərslərinin tədris edilməsi üçün vətəndaşa musiqi alətini təqdim etmişdir.

İndiyədək layihə çərçivəsində 41 vətəndaşa dəstək olan “Expressbank”, layihə çərçivəsində digər  vətəndaşlara da dəstəyini davam etdirəcəkdir.

Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi,  Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı Memorandum əsasında davam edir.

 

 

Son xəbərlər
Digər xəbərlər