Çinin elektrik avtomobil istehsalçısı XPeng “X2” adlı yeni uçan avtomobilini təqdim edib. X2 iki nəfərlik, elektrikli, intellektual uçuş idarəetmə sistemi və avtonom uçuş qabiliyyəti ilə təchiz edilmiş, şaquli qalxma və enməni həyata keçirə bilən, 5-ci nəsil uçan avtomobildir.
Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Çin şirkəti həmçinin yolda hərəkət edə bilən, səmada uça bilən və sürücü rejimdən uçuş rejiminə asanca dəyişdirə bilən 6-cı nəsil uçan avtomobil üzərində də işləyir. XPeng bu modeli 2024-cü ildə kütləvi istehsala buraxmağı hədəfləyir.