2 C
Baku
Saturday, December 14, 2024

İran barterlə Rusiyadan polad alacaq

İranın ticarət və sənaye naziri Rza Fatemi Amin ölkələr arasında böyük barter sazişlərinin tətbiqi qərarını açıqlayıb. Banker.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb. Bildirilir ki, İran avtomobil hissələri və qaz turbinləri qarşılığında Rusiyadan polad almağı planlaşdırır.

İran və Rusiya ikitərəfli ticarəti artırmağı, həmçinin enerji və bank əlaqələrini genişləndirməyi planlaşdırır – çərşənbə günü İranın neft naziri Cavid Ovci və Rusiyanın baş nazirinin müavini Aleksandr Novak üç böyük əməkdaşlıq sazişi imzalayıblar.

İranın neft nazirinin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin illik həcmi təxminən 10 dəfə artaraq 40 milyard dollara çata bilər.

Son xəbərlər
Digər xəbərlər