Tbilisi merinin müavini İliya Eloşvili mənzilində ölü tapılıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kaxa Kaladzenin müavininin ölümünə nəyin səbəb olduğu hələki məlum deyil. Polis hadisə yerindədir.
Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.
47 yaşlı Eloşvili 2017-ci ildən Tbilisi merinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, Gürcüstanın energetika naziri, daha əvvəl isə energetika nazirinin müavini olub.