İqtisadiyyat Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib.
Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini İlqar Əkbərli dünyasını dəyişib.
O, uzun illər vergi orqanlarında rəhbər vəzifələrdə çalışıb. Mərhumun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, baş vergi xidməti müşaviri olan İ.Əkbərli Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməmişdən əvvəl orada müxtəlif vəzifələr tutub, o cümlədən idarə rəisi, beynəlxalq müqavilələr şöbəsinin rəisi vəzifələrini icra edib.