14 C
Baku
Sunday, November 24, 2024

İlon Mask Tvitter-i almaqdan imtina edir – Məhkəməyə verildi

Tvitter şirkəti amerikalı milyarder İlon Maskı alqı-satqı müqaviləsini ləğv etdiyi üçün məhkəməyə verəcək.

Bu barədə şirkətin direktorlar şurasının rəhbəri Bret Teylor tvitter hesabında məlumat verib.

O, Tvitter şirkətinin İlon Mask ilə imzalanmış razılaşmanın şərtlərinin yerinə yetirilməsinə sadiq olduğunu və müqavilənin icrası üçün məhkəməyə müraciət etməyi planlaşdırdığını vurğulayıb.

B.Teylor şirkətin məhkəmədə qalib gələcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, İlon Mask Tvitter şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib.

Son xəbərlər
Digər xəbərlər