12 C
Baku
Saturday, November 23, 2024

Hansı smartfonlar Android 13 alacaq? – SİYAHI

“Huawei Central” şirkətinin məlumatına görə, Android smartfonlarının əsas istehsalçıları Android 13 beta test proqramını işə salıblar. Resursun əldə etdiyi məlumatlar sayəsində “Google Pixel”, “Samsung”, “Xiaomi”, “Realme”, “Vivo”, “Oppo”, “Asus”, “OnePlus” və digər brendlərin hansı smartfon modellərinin yeni əməliyyat sistemi alacağı məlum olub.

Banker.az bu barədə “Qazeta.ru”ya istinadən xəbər verir. Eyni zamanda, resursun qeyd etdiyi kimi, Android 13-ə yeniləmə alacaq smartfonların siyahısı rəsmi deyil.

“Google Pixel” seriyalı smartfonlar arasında Pixel 4 və daha yeni modellərin yeniləməni alacağı bildirilir. “Samsung” öz növbəsində Galaxy S20, S21, S22, Note 20, Fold2, Fold3, Flip2, Flip3 flaqmanlarını, həmçinin Note 10 Lite smartfonunu yeniləyəcək. Bundan əlavə, yenilənmə şirkətin bir sıra ucuz modelləridə, o cümlədən məşhur Galaxy A51 və A52-də olacaq.

“OnePlus” smartfonları arasında flaqman OnePlus 8 və daha yeni modellərdə, o cümlədən orta qiymət seqmentinə daxil olan Nord N200 5G, Nord CE, Nord 2, 2T, CE 2, CE 2 Lite smartfonlarda yeniləmə olacaq.

Android 13-ü həmçinin “Oppo”nun Reno 6 və seriyalı cihazları, Find X5 və digərləri əldə edəcək.

“Realme” markasına gəldikdə, Realme GT, GT Neo, GT Master Edition və daha yeni flaqman modelləri, həmçinin aşağı qiymətə olan və 9 seriyalı modellər, Narzo 30, 30A, V11, V13 və Q3 seriyasını yeniləməyə zəmanət verilir.

“Xiaomi” smartfonları arasında Android 13 əməliyyat sistemini Mi 10S, 11, 12, 11T və Mix 4 modelləri alacaq. “Redmi”  cihazları arasında Note 10, 10T, 11, 11E, 11T, K40 və K50 yenilənəcək.

Şirkətin subbrendi olan “Poco” da bəzi cihazlarını yeniləyəcək – F3, F3 GT, F4, F4 GT və Pro, X3 GT və Pro, C4, M3 Pro 5G, M4 Pro və M4 Pro 5G.

Son xəbərlər
Digər xəbərlər