15 iyul 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
“Hərracda tələb 16.7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”- deyə Mərkəzi Bankın açıqlamasında deyilir.
Qeyd edək ki, adətən Mərkəzi Bankda valyuta hərracları çərşənbə axşamı və cümə axşamları keçirilir. Ötən günlərdə Qurban bayramı ilə qədər 4 gün ardıcıl iş günü olduğu üçün AMB növbəti dəfə təşkil edib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.