Gəncə şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən mağazada normativ sənədlərin tələblərinə əməl olunmadığı məlum olub. Belə ki, satışa çıxarılan müxtəlif növ qida məhsulları üzərində məhsula aid müşayiətedici etiketlərin olmadığı və istehsal tarixi, son istifadə müddəti ilə bağlı düzgün məlumatların verilmədiyi, həmçinin yararlılıq müddəti bitmiş yumurta və digər məhsullar aşkar edilib.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən bildirilir ki, faktla bağlı inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam etdirilir.