Almanların 74%-i ölkədə iqtisadi tənəzzül və işsizliyin artacağını gözləyir.
Bu barədə “INSA” sorğusunun məlumatlarına istinadən Bild nəşri yazıb.
Almanların demək olar ki, dörddə üçü (74%) yaxın gələcəkdə ölkədə iqtisadi tənəzzülün və işsizliyin artacağını düşünür. Respondentlərin 83%-i qiymətlərin artmaqda davam edəcəyini bildirsə də, eyni sayda şəxs fərdi ev təsərrüfatları üçün qazın məhdudlaşdırılmasını gözləyir, 63% şirkətlərin qazı kəsməyə başlayacağı vəziyyətin yaranacağını bildirib.
Sorğuda iştirak edən sakinlərin demək olar ki, yarısı (47%) qeyd edib ki, sanksiyalar Rusiyadan daha çox Almaniyanın özünə zərər verir. Yalnız 12% sanksiyaların Rusiyaya böyük ziyan vura biləcəyini düşünür.
Nəşr qeyd edib ki, alman siyasətçiləri anti-Rusiya sanksiyaları ilə bağlı sərt mövqe nümayiş etdirməkdə davam edirlər, baxmayaraq ki, bu məsələ ilə bağlı ictimai rəy son vaxtlar xeyli dəyişib.