ICE birja kotirovkalarına əsasən, Avropada qazın qiyməti dünənki göstəricilərlə müqayisədə 6.5% azalaraq 1 MVt/saat üçün 145 avro və ya 1000 kubmetr üçün 1532 dollar təşkil edib. Bu, “Şimal axını” qaz kəmərinin təmirdən sonra yenidən istifadəyə verilməsi ilə əlaqəli olub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
İyulun 21-də Bakı vaxtı ilə saat 08:00-da “Qazprom” planlaşdırılmış təmir işləri ilə əlaqədar on günlük fasilədən sonra “Şimal axını” ilə qaz nəqlini bərpa edib. “Qazprom” ixrac həcminin azalmasını Kanadaya təmirə göndərilən turbinlərdən birinin olmaması ilə əlaqələndirilib.