Avropanın “Airbus SE” aerokosmik korporasiyası 2022-ci ilin ikinci rübündə xalis mənfəətində kəskin azalma qeydə alıb və ümumilikdə cari il üçün təyyarələrin tədarükü ilə bağlı proqnozunu pisləşdirib.
“Airbus”ın aprel-iyun aylarında xalis mənfəəti əvvəlki ilin eyni dövründəki 1.87 milyard avroya qarşı 682 milyon avro təşkil edib.
Düzəliş edilmiş EBIT göstəricisi 31% azalaraq 1.38 milyard avroya düşüb.
Şirkətin gəliri 10% azalaraq 12.81 milyard avro təşkil edib.
İlin birinci yarısında “Airbus” müştərilərə 297 kommersiya təyyarəsi təhvil verib ki, bu da bir il əvvəl olduğu qədərdir.
İlin əvvəlindən “Airbus”ın kapitallaşması 5.5% azalaraq 82.67 milyard avroya düşüb.