Şəki rayonu, Kiş kəndində fəaliyyət göstərən “Narın Qala” istirahət mərkəzinin qidalanma sahələrində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyənləşdirilib.
Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı, vaxtlı-vaxtında dezinfeksiya işlərinin həyata keçirilmədiyi aşkar olunub. Həmçinin mənşəyi məlum olmayan, ev şəraitində konservləşdirilmiş məhsulların müştərilərə təklif edildiyi, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
AQTA-dan bildirilir ki, aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.