“Biz Rusiya və Ukrayna ilə bütün səviyyələrdə danışıqlarımızı davam etdiririk. Taxıl böhranı aradan qaldırılır. Bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş təşəkkürünü bildirib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Artıq ilk addımlar atılıb və gəmilər yola düşüb. İyulun 22-də İstanbulda imzalanan razılaşmalar Rusiya-Ukrayna bazarında məsələnin həll üçün tarixi dönüş nöqtəsi oldu. Bu prosesi izləyəcək Birgə Koordinasiya Mərkəzi iyulun 23-də fəaliyyətə başladı. Taxılla dolu gəmi Odessadan yola düşüb”.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından “Taxıl məhsullarının daşınmasına dair” saziş imzalanıb.