2 C
Baku
Saturday, December 14, 2024

Estoniya avqustun 18-dən Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıracaq

Estoniya hökuməti Rusiya vətəndaşlarına viza verilməsini məhdudlaşdıran və ölkəyə daxil olmasını qadağan edən sanksiyanı təsdiqləyib.

Estoniya tərəfindən Şengen vizası verilmiş və səfər məqsədi turizm, biznes, idman və ya mədəniyyət məqsədi daşıyan Rusiya vətəndaşı avqust ayının 18-dən sonra Narva, Luhamaa və ya Koydula sərhəd-keçid məntəqələrindən Estoniyaya daxil ola bilməyəcək.

Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri, habelə beynəlxalq daşımalarla məşğul olan və ya Aİ qanunvericiliyinə əsasən sərbəst hərəkət etmək hüququ olan şəxslər sanksiyalara məruz qalmayacaq.

Bundan əlavə, məhdudiyyətlər Estoniyaya girişi humanitar səbəblərə görə zəruri olan şəxslərə, respublika vətəndaşlarının yaxın qohumlarına və ya Estoniyada daimi yaşamaq icazəsi olanlara şamil edilməyəcək.

Başqa bir Şengen ölkəsi tərəfindən viza verilmiş və ya artıq Şengen zonasında olan Rusiya vətəndaşları Estoniyaya daxil ola bilərlər. Ölkəyə girişin qanuniliyi polis və Sərhəd Mühafizəsi İdarəsi tərəfindən yoxlanılacaq.

Bundan əlavə, 2022-ci il iyulun 30-da rusiyalı tələbələrə qarşı tətbiq edilən sanksiya dəyişdirilib. Rusiyadan təhsilini vaxtında başa vura bilməyən tələbələr, istisna olaraq, burada təhsillərini başa vurmaq üçün yaşayış icazələrinin bir il müddətinə uzadılması üçün müraciət edə bilərlər.

 

 

Son xəbərlər
Digər xəbərlər