Türkiyənin “FLO” holdinqi Rusiyada “Reebok” məhsullarını satmaq hüququ alıb. Qeyd olunur ki, “Reebok” bu məlumatı təsdiq edib. Satış üçün hələ dəqiq tarix müəyyən edilməyib. Məlumat vaxtaşırı yenilənəcək və şirkətin saytında yerləşdiriləcək.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
2022-ci ilin may ayında bildirilib ki, Rusiyadakı “Reebok” biznesini Türkiyənin “FLO Retailing” holdinqinə satıb. Şirkətin yeni sahibi 100 mağaza alıb və brendi saxlamaqla adını dəyişdirməyi planlaşdırır.