Gürcüstan parlamentinə təqdim edilən qanun layihəsi ölkə qanunvericiliyini Avropa İttifaqının (Aİ) üç əsas direktivinə uyğunlaşdıracaq. Bunlar rəqəmsal kapital, ödəniş xidmətləri və virtual aktiv xidmətləri təminatçıları üçün tələblərdir. 2025-ci ilə qədər Gürcüstan kriptovalyutalar üçün dost ölkələrdən birinə çevrilməyi planlaşdırır.
İqtisadiyyat naziri Levan Davitaşvilinin sözlərinə görə, müvafiq qanun layihəsi artıq parlamentə təqdim olunub.
“Biz gözləyirik ki, payızda Gürcüstanda qanunvericilik yenilənəcək və bu, bizim maliyyə sektorumuzu əhəmiyyətli dərəcədə inkişaf etdirəcək”, – nazir söyləyib.
Qanun layihəsi Gürcüstanın kriptovalyuta qanunlarını Aİ-nin üç əsas direktivinə uyğunlaşdıracaq – kapital tələbləri, ödəniş xidmətləri və virtual aktiv xidməti təminatçıları (VASPs). Bu, ölkədə kriptovalyuta infrastrukturunu gücləndirəcək və onun çirkli pulların yuyulması, korrupsiya və ya terrorizmin maliyyələşdirilməsi üçün istifadəsinin qarşısını alacaq.