Rusiya Prezidenti Vladimir Putin oktyabrın 12-də Qazaxıstana səfər edəcək.
Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov açıqlayıb.
Uşakov deyib ki, Putin Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda, eləcədə MDB-nin zirvə toplantısında iştirak edəcək.
O qeyd edib ki, bu tədbirlər oktyabrın ortalarında daha dəqiq,12-14-də keçiriləcək.
Y.Uşakov bildirib ki, Qazaxıstana səfəri zamanı V.Putinin yüksək səviyyədə “Rusiya-Mərkəzi Asiya” formatında görüş keçirəcəyi də ehtimal olunur.