Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edib.
Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayı üzrə aşağıdakı bəyannamələr 20 sentyabr 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır:
- Gəlir vergisi (Xüsusi notariuslar üzrə),
- Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə),
- Əlavə dəyər vergisi,
- Aksiz vergisi,
- Yol vergisi,
- Mədən vergisi,
- Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə),
- Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə).
Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.