13 C
Baku
Friday, November 22, 2024

Cənubi Koreyanın dövlət saytlarına kiberhücum cəhdi edən ölkələrin adları açıqlanıb

Cənubi Koreyanın bəzi dövlət qurumlarının kompüter sistemlərinə 6 il ərzində 558 min 674 kiberhücum cəhdi edilib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Koreya Daxili İşlər Nazirliyinin mövzu ilə bağlı paylaşdığı hesabatda, yarım milyonu aşan kompüter və proqram sistemlərinə kiberhücum cəhdlərinin 22.9%-inin Çin, 20.2%-inin isə ABŞ tərəfindən edildiyi vurğulanıb.

Hesabatda 2017-ci ildə 62 min 532, 2018-ci ildə 94 min 980, 2019-cu ildə 124 min 754, 2020-ci ildə 108 min 810, 2021-ci ildə 101 min 123 və 2022-ci ilin iyul ayına qədər isə 66 min 42 kiberhücum cəhdi aşkar edilib.

 

Son xəbərlər
Digər xəbərlər