2022-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 44.481,2 mln. manata çatıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter səhifəsində yazıb.
Nazirin paylaşımında qeyd olunur, ki bu dövrdə əsas kapitala yönəldilmiş vəsaitlər 6.9%, qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlər isə 22.5% artıb. Bu vəsaitlər müvafiq olaraq 9.117 mln. manat və 5.867,2 mln. manat təşkil edib.
Nazir digər sahələrdə də makroiqtisadi göstəricilərin artdığını vurğulayıb: informasiya və rabitə xidmətləri (1.729,2 mln. manat), nəqliyyat sektorunda sərnişin daşınması (1.024,9 mln. manat), nəqliyyat sektorunda yük daşınması (139,1 mln. manat)