14 C
Baku
Saturday, November 23, 2024

“Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb”

Bu gün Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb.

Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“Ermənistan yaxşı bilir ki, ölkənin gələcək iqtisadi inkişafını nəqliyyat blokadası əngəlləyir. Bu gün onun aradan qaldırılmasına bir addım qalıb”,- deyə Rusiya hökumətinin sədr müavini vurğulayıb.

Oveçruk Ermənistanın nəqliyyat blokadasından çıxarılması probleminin Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli formatında həll olunduğunu söyləyib:

“Bəli, məhz bu məqsədlə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün dövlət başçılarının qərarı ilə Azərbaycan, Ermənistan və Rusiya hökumət başçılarının müavinlərinin birgə sədrliyi ilə İşçi Qrup yaradılıb. Bu məqsədə nail olmaq Cənubi Qafqazın gərginlik ocağından sabitlik və iqtisadi tərəqqi regionuna çevrilməsi istiqamətində həlledici addım olacaq”.

Rusiyalı həmsədr bildirib ki, açıq kommunikasiyalar ticarət və humanitar əlaqələrin inkişafına, qonşuların bir-biri ilə ünsiyyət qurmasına imkan verəcək:

“Bu, regionun uzunmüddətli yaralarının ən yaxşı müalicəsidir. Rusiyaya da bu yollar çox lazımdır, çünki onlar bütün dost ölkələrin ərazilərindən keçəcək və dost ölkələrə çıxacaqlar”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər