13 C
Baku
Monday, May 6, 2024

Amerikalı biznesmen “Everton” klubunu 430 mln. dollara ala bilər

İngiltərənin “Everton” klubunun sahibi Fərhad Moşiri klubun amerikalı iş adamı Matsek Kaminskiyə satılması ilə bağlı ilkin danışıqlar aparıb.

Bu barədə “Financial Times” qəzeti məlumatı yayıb.

Qəzetin məlumata əsasən, müqavilənin məbləği təxminən 400 milyon funt sterlinq (təxminən 430 milyon dollar) təşkil edə bilər. F.Moşiri ilə M.Kaminski arasında danışıqlar son günlərdə irəliləyib.

Müqavilə İngiltərə Premyer Liqası tərəfindən təsdiqlənməlidir.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər