Çinin ən böyük avtomobil istehsalçısı olan Geely Auto Holding Group 30 sentyabr tarixində Böyük Britaniyanın lyuks brendi olan Aston Martin şirkətinin səhmlərinin 7.6%-ni əldə etdiyini açıqladı.
Geely Holding Qrupunun baş direktoru Daniel Donghui Li bu barədə fikirlərini bildirib:
“Biz Aston Martin şirkətinə sərmayəmizi elan etməkdən məmnunluq duyuruq və inanırıq ki, Geely Holding Group-un texnoloji üstünlükləri və geniş sayda özünü doğruldmuş məhsulları sayəsində , Aston Martin şirkətinin gələcək uğurlarına dəstək ola bilər. Biz Aston Martin ilə uzunmüddətli inkişaf strategiyamızı həyata keçirmək üçün proseslərin başlamasını səbirsizliklə gözləyirik”.